Milli Konservatoriyada prorektor dəyişikliyi olub: Yeni təyinat

Azərbaycan Milli Konservatoriyasında kadr dəyişikliyi olub.
"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, Milli Konservatoriyanın tədris işləri üzrə prorektoru, tarzən, professor Malik Quliyev vəzifəsindən azad edilib.
Milli Konservatoriyadan faktı təsdiqləyiblər.
Digər xəbərə görə, Nizami Əsədov Milli Konservatoriyanın tədris işləri üzrə prorektor vəzifəsinə təyinat alıb.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən faktı təsdiqləyiblər.
Qeyd edək ki, o, bu təyinata qədər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Təhsil şöbəsinin müdiri vəzifəsində çalışıb.
"Cebheinfo.az"