Qəzzada 211 jurnalist həlak olub

Qəzzada 211 jurnalist həlak olub

2023-cü ilin oktyabrından bəri - İsrailin Qəzzaya hücumunun başlamasından bu yana 210-dan çox jurnalist və 409 media fəalı öldürülüb.

"Cebheinfo.az" Modern.az-a istinadən xəbər verir ki,bu barədə Qəzzada yerləşən Hökumət Media Ofisinin məlumatında bildirilir.

Ofis 7 oktyabr 2023-cü ildən Qəzzada 211 jurnalistin, o cümlədən 28 qadın jurnalistin öldürülməsini müstəqil şəkildə təsdiqləyib.

YUNESKO-nun məlumatına görə, ən azı 47 jurnalist vəzifəsini yerinə yetirərkən həlak olub.

Fələstin hökumətinin Qəzzadakı media ofisinin məlumatına görə, İsrail qüvvələri indiyədək 48 jurnalisti həbs edib və onların bir çoxu həbsdə işgəncələrə məruz qalıb.

"Cebheinfo.az"