İstanbulda fabrikdə yanğın başlayıb - YENİLƏNİB

İstanbulda fabrikdə yanğın başlayıb - YENİLƏNİB

Türkiyənin İstanbul şəhərinin Esenyurt rayonunda yerləşən beş mərtəbəli tekstil fabrikindəki yanğın bir saat ərzində söndürülüb.

"Cebheinfo.az" türkiyə mediasına istinadən xəbər verir ki, yanğın zamanı xəsarət alan olmayıb.

Hazırda yanğın olan hissələrdə soyutma işləri aparılır.

***

10:27

Türkiyənin İstanbul şəhərinin Esenyurt rayonunda yerləşən beş mərtəbəli tekstil fabrikində yanğın başlayıb.

Türkiyə mediası xəbər verir ki, hadisə yerinə çox saylı yanğınsöndürmə briqadaları cəlb olunub.

Qısa müddət ərzində alov binanın yuxarı mərtəbələrinə yayılıb.

Hələlik insan tələfatı və ya xəsarət alanların olub-olmadığı barədə rəsmi açıqlama verilməyib.

"Cebheinfo.az"