Oğuzda avtomobil ağaca çırpılıb: Sərnişin ölüb - YENİLƏNİB

Oğuzda avtomobil ağaca çırpılıb: Sərnişin ölüb - YENİLƏNİB

Oğuzda baş verən ağır yol qəzasında ölən və xəsarət alan şəxslərin kimliyi məlum olub.

APA- nın Şimal-qərb bürosunun məlumatına görə, qəza zamanı ölən sərnişin 25 yaşlı Urfan Namiq oğlu Məcidov, xəsarət alan isə sürücü 29 yaşlı Kənan Rəhman oğlu Əzizov olub.

***

01:24

Oğuzda ölümlə nəticələnən yol qəzası olub.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə hadisə mayın 2-dən 3-ə keçən gecə Oğuz-Bayan avtomobil yolunun Bayan kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Oğuz rayon sakininin idarə etdiyi “Toyota Prius” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.

Qəza zamanı avtomobildə olan sərnişin aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən hadisə yerində keçinib.

Sürücü isə aldığı xəsarətlərlə Oğuz Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi Yardım şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"