"Böyük Dəbilqə": Azərbaycanın daha iki cüdoçusu bu gün mübarizəyə qoşulacaq

"Böyük Dəbilqə": Azərbaycanın daha iki cüdoçusu bu gün mübarizəyə qoşulacaq

Tacikistanın paytaxtı Düşənbədə keçirilən "Böyük Dəbilqə" turnirinin ikinci günündə Azərbaycanın iki cüdoçusu mübarizəyə qoşulacaq.

"Cebheinfo.az" xəbər  verir ki, 73 kq mübarizə aparan Vüsal Qələndərzadə 1/8 finalda Yunlonq Qou (Çin) / Anqsarbek Qaynullin (Qazaxıstan) cütünün qalibi ilə üz-üzə gələcək.

81 kq çəkidə çıxış edən Süleyman Şükürov isə 1/8 finalda Monqolustan təmsilçisi Batsuqar Qansux ilə qarşılaşacaq.

Yarışın növbəti günü Bakı vaxtı ilə saat 11:00-da başlayacaq.

Qeyd edək ki, ötən gün Balabəy Ağayev (60 kq) qızıl medal qazanaraq yığmanın aktivinə ilk mükafatı yazdırıb.

"Böyük Dəbilqə" turnirinə mayın 4-də yekun vurulacaq.

"Cebheinfo.az"