Prezidentin səhhəti pisləşdi

Serbiya Prezidenti Aleksandar Vuçiç səhhətində yaranan problemlərlə əlaqədar ABŞ-a səfərini vaxtından əvvəl başa vuraraq ölkəsinə qayıtmaq qərarına gəlib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə “Tanjug” agentliyi məlumat yayıb.
Bildirilib ki, səfər zamanı Vuçiçin qəfildən halı pisləşib.
O, tibbi yardım üçün həkimə müraciət edib və müayinədən sonra Serbiyaya qayıtmaq qərarına gəlib.
Məlumata görə, Serbiya Prezident Administrasiyası bununla bağlı yaxın günlərdə açıqlama verəcək.
Vuçiçin ABŞ-da Prezident Donald Trampla görüşüb-görüşmədiyi barədə hələlik rəsmi məlumat verilməyib.
Qeyd edək ki, hadisədən bir müddət əvvəl Aleksandar Vuçiç bəyan etmişdir ki, əgər onunla bağlı gözlənilməz bir hadisə baş verməzsə və ya Serbiya üçün inanılmaz təhlükə yaranmazsa, 9 mayda Moskvada keçiriləcək Qələbə paradında iştirak etməyi planlaşdırır.
Səbinə Uğur
"Cebheinfo.az"