Katolik dünyasının yeni dini lideri kim olacaq?

Katolik dünyasının yeni dini lideri kim olacaq?

Katolik dünyasının lideri, Vatikan dövlət başçısı Papa Fransisk 21 aprel tarixində vəfatından sonra gözlər Katolik Kilsəsinin yeni rəhbərinin kim olacağına çevrilib. 

"Cebheinfo.az" xəbər verir ki, Roma şəhərində toplanan kardinalların qərarına əsasən, yeni Papa seçimi 7 may Sistina Şapelində başlayacaq.

Bu arada ABŞ Prezidenti Donald Tramp verdiyi açıqlama və paylaşımı ilə yenidən gündəmə gəlib.

Ağ Evin həyətində jurnalistlərin suallarını cavablandıran Trampa “Yeni Papa kimi görmək istərdiniz?” sualı verilib. Tramp isə heç gözlənilməyən şəkildə belə cavab verib:

“Əslində Papa olmaq istərdim. Bu mənim birinci seçimim olardı. Nyu-Yorkda çox yaxşı bir kardinalımız var. Görək nə baş verir”.

Bu açıqlamadan qısa müddət sonra Tramp şəxsi sosial media hesabında Papa geyimində fotomontaj edilmiş şəklini paylaşıb.Paylaşım qısa zamanda böyük maraq doğurub, sosial şəbəkələrdə minlərlə insanın reaksiyasına səbəb olub.

Səbinə Uğur
"Cebheinfo.az"