"Böyük Dəbilqə": Azərbaycan cüdoçusu qızıl medal qazanıb

Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) Tacikistanın paytaxtı Düşənbədə keçirilən "Böyük Dəbilqə" turnirində qızıl medal qazanıb.
"Cebheinfo.az" xəbər verir ki, 26 yaşlı idmançı finalda yerli cüdoçu Mehrzod Sufiyevlə üz-üzə gəlib.
Qarşılaşmadan qalib ayrılan Ağayev qızıl mükafata sahib çıxıb.
Bu gün Yaşar Nəcəfov (66 kq) üçüncü yer uğrunda görüşdə özbəkistanlı Artyom Şturbabinlə güləşəcək.
Qeyd edək ki, "Böyük Dəbilqə" turniri mayın 4-də başa çatacaq.
"Cebheinfo.az"