Məşhur amerikalı müğənni faciəli şəkildə öldü

Məşhur amerikalı müğənni faciəli şəkildə öldü

Amerikalı müğənni və bəstəkar Cil Sobule 67 yaşında yanğında dünyasını dəyişib.

Bu barədə sənətçinin meneceri Con Porter məlumat verib.

Sobulenin meyiti mayın 1-də Minnesota ştatının (ABŞ) Vudberi şəhərindəki evində tapılıb.

Səlahiyyətlilər yanğının səbəblərini araşdırır.

Qeyd edək ki, müğənni “Clueless” filmi üçün yazılan “Supermodel” satirik mahnısı, 1995-ci ildə buraxılan və “Billboard Top 20”yə daxil olan “I Kissed a Girl” treki sayəsində şöhrət qazanıb.

"Cebheinfo.az"