Əməkdar artist: "Gəldi, üzr istədi, dedim, bitdi"

Əməkdar artist Vasif Məhərrəmli aparıcı Lətafət Ələkbərova ilə küsülü imiş.
"Cebheinfo.az" axşam-a istinadən xəbər verir ki, müğənni bu haqda "Elgizlə izlə" verilişində danışıb.
O, proqramda olan Lətafətlə barışdıqlarını deyib:
"O, səhvini boynuna aldı, üzr istədi. Yaxın münasibətimiz yox idi. Amma problemi olanda zəng etdiyi adam olmuşam. Hətta maşını xarab olmuşdu, zəng vurub pulsuz düzəltdirdim. Toyda danışmaq istəyəndə, aramıza pərdə çəkdim. Dedi ki, kinli adamsan. Cavab verdim ki, kinli deyiləm, amma nankorluğu bağışlamıram. Lətafət gəldi, üzr istədi, dedim, bitdi".
Lətafət isə "Bir insanın xətrinə dəyirəm və sonra əzab çəkirəm. Bir dəfə də eyni toya düşdük, amma qorxurdum onunla danışmağa" sözlərini əlavə edib. (Axşam.az)
"Cebheinfo.az"