Xalq rəssamı: "Aşıq Ələsgərin heykəli heç xoşuma gəlmədi"

Xalq rəssamı: "Aşıq Ələsgərin heykəli heç xoşuma gəlmədi"

“Aşıq Ələsgərin heykəli heç xoşuma gəlmədi".

"Cebheinfo.az" xəbər verir ki, bunu Xalq rəssamı Ömər Eldarov Bakıda ucaldılan tanınmış şəxsiyyətlərin heykəlləri ilə bağlı rəyini bildirərkən deyib.

O digər abidələrə də münasibətini açıqlayıb:.

"Professionallıq baxımından Aşıq Ələsgərin heykəlini bəyənmədim. Şəhərdəki hər heykəl gərək yüksək səviyyədə olsun. Çünki bu heykəllər uzun illər üçün ucaldılır.

Koroğlunun heykəlini Tokay Məmmədov hazırlayıb. Tokay yaxşı heykəltəraş olsa da, bir neçə dəfə səhvləri olub. O, daha çox sənədlərə, yazılanlara baxırdı. Dastanda yazılıb da… Demək olar, göstərmək olmaz. Koroğlunun heykəlində heç nə düz deyildi. Yazılanları vizual göstərmək olmaz”.

"Cebheinfo.az"