İranla sərhəddə 2 nəfər öldürülüb - RƏSMİ

İranla sərhəddə 2 nəfər öldürülüb - RƏSMİ

Aprel ayında İrandan 2 PUA vasitəsilə narkotik vasitələrin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

"Cebheinfo.az"  xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Sərhəd naryadına qarşı odlu silahdan istifadə edən 2 nəfər sərhəd pozucusu zərərsizləşdirilib.

Qanunsuz miqrasiya ilə mübarizə tədbirləri nəticəsində saxtalaşdırılmış tarix möhürü və pasportla, özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərən 22 nəfər saxlanılıb.

"Cebheinfo.az"