“Hüseynçilər” loqosu və ayələr yerləşdirərək iz itirməyə çalışıblar”

“Saxta bayraq” əməliyyatlarına bənzər addımlar ataraq qeyri-qanuni terror qrupu olan “Hüseynçilər”ə məxsus loqonu və “Qurani-Kərim”dən ayələrin əks olunduğu təxribat xarakterli şəkilləri media resurslarına yerləşdirərək iz itirməyə çalışıblar”.
"Cebheinfo.az" xəbər verir ki, bunu Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası tərəfindən “Azərbaycanın media resurslarına kiberhücumlar” mövzusunda keçirilən ictimai müzakirədə komissiyanın sədri Ramid Namazov bildirib.
“Buna paralel olaraq, bir sıra rusdilli media resurslarda İran ərazisində fəaliyyət göstərən qruplaşmanın DDoS hücumlar həyata keçirdiyi ilə bağlı dezinformasiya kampaniyasının aparıldığı müəyyən edilib. Halbuki həm “Global Media Group”, həm də digər qurumlar tərəfindən nə həmin gün, nə də sonradan verilən açıqlamalarda kiberhücumun hansı növünün həyata keçirildiyi ilə bağlı heç bir məlumat verilmirdi”, - deyə komissiya sədri qeyd edib.
"Cebheinfo.az"