İran XİN rəhbərinin müavini Azərbaycana səfər edəcək

İran XİN rəhbərinin müavini Azərbaycana səfər edəcək

İran Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri, xarici işlər nazirinin müavini Səid Xətibzadə gələn həftə Azərbaycana səfər edəcək.

Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

Bildirilib ki, Səid Xətibzadə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin dəvəti ilə Bakıya yollanacaq.

"Cebheinfo.az"