Paraüzgüçümüz finala vəsiqə qazanıb

Paraüzgüçümüz finala vəsiqə qazanıb

Azərbaycanın daha bir təmsilçisi Fransanın paytaxtı Parisdə keçirilən Dünya Paraüzgüçülük Seriyasının gənclər kateqoriyasında finala vəsiqə qazanıb.

Bu barədə Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Könül Süleymanova (S4 kateqoriyası) 50 metr məsafəyə birbaşa arxasıüstə üzmək üzrə finalda çıxış edəcək.

Qeyd edək ki, daha əvvəl Əli Vəliyev həlledici raundda iştirak hüququ əldə edib.

"Cebheinfo.az"