Kaya Kallas Tokayevlə görüşüb

Kaya Kallas Tokayevlə görüşüb

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Almatıda Qazaxıstan Prezidenti Qasım-Comərd Tokayevlə görüşü zamanı Avropa Komissiyası ilə Qazaxıstan arasında viza verilməsinin sadələşdirilməsi ilə bağlı sazişin bağlanması prosedurunun başladığını bəyan edib.

"Cebheinfo.az" bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.

Kaya Kallas vurğulayıb ki, Qazaxıstan region ölkələri arasında ilk olaraq Avropa İttifaqı ilə Genişləndirilmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişini imzalayıb. Bu fakt ikitərəfli münasibətlərin yüksək səviyyədə inkişaf etdiyinin təsdiqidir.

O, Avropa Komissiyası ilə Qazaxıstan arasında viza verilməsinin sadələşdirilməsi prosedurunun başladığını bildirib.

Tokayev isə bunun Qazaxıstanda müsbət qarşıladıqlarını vurğulayıb.

O qeyd edib ki, bu addım Avropa dövlətləri ilə insanları bir-birinə yaxınlaşdırmaq və biznes əlaqələrini gücləndirmək üçün geniş imkanlar açır.

Qeyd edək ki, bundan əvvəl Kaya Kallas "Kazaxıstan Pravda" qəzetinə müsahibəsində bildirib ki, Aİ-nin 27 üzv dövləti Avropa Komissiyasının Qazaxıstanla viza rejiminin sadələşdirilməsi ilə bağlı danışıqlara başlaması ideyasını dəstəkləyib.

Bu danışıqlar re-admissiya (dövlətin öz vətəndaşlarını geriyə qəbul etməyə razılığı) barədə sazişlə paralel aparılacaq.

Xatırladaq ki, 2017-ci ildən etibarən Qazaxıstan bütün Aİ dövlətləri üçün birtərəfli qaydada vizasız rejim tətbiq edib. Bu addım biznes və turizm əlaqələrinin inkişaf etdirilməsi məqsədilə atılmışdı.

Səbinə Uğur
"Cebheinfo.az"