Çavuşoğlu və Lavrov Qarabağdakı vəziyyəti müzakirə edəcək 

Çavuşoğlu və Lavrov Qarabağdakı vəziyyəti müzakirə edəcək 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 6-7-də Türkiyəyə səfər edəcək.

Cebhe.info-nun məlumatına görə, səfər Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun dəvəti ilə baş tutacaq.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın brifinqdə verdiyi açıqlamaya görə, nazirlər ikitərəfli əməkdaşlıq məsələlərini, Ukrayna, Suriya və Qarabağdakı vəziyyəti müzakirə edəcəklər. “TASS” agentliyi Lavrov və Çavuşoğlunun ticarət, enerji və turizm sahələrində ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivlərini müzakirə etməyi planlaşdırdığını qeyd edib.

Müşfiq Abdulla
Cebhe.info