Netanyahu: "Hər girov üçün 5 milyon dollar"

İsrail HƏMAS hərəkatının əlindən azad edilən hər girov üçün fələstinlilərə 5 milyon dollar ödəməyə hazırdır.
APA xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağına səfəri zamanı deyib.
“Bu vəziyyətdən çıxmaq istəyənlərə (fələstinlilərə) deyirəm, kim bizə girov gətirsə, həm onun, həm də ailəsinin təhlükəsiz çıxışını təmin edəcəyik. Biz həmçinin qaçırılan hər bir şəxs üçün 5 milyon dollar mükafat təklif edəcəyik. Seçim sənindir, seç. İstənilən halda, nəticə eyni olacaq. Biz bütün girovları geri qaytaracağıq”, - deyə Netanyahu bildirib.
“Cebheinfo.az”