Putin Lukaşenkonu Trampla söhbəti barədə məlumatlandırıb

Putin Lukaşenkonu Trampla söhbəti barədə məlumatlandırıb

Rusiya prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə telefon danışığı zamanı ona Amerika lideri Donald Trampla söhbətinin təfərrüatları, o cümlədən Ukraynadakı vəziyyət barədə məlumat verib.

Bu barədə “Report” Belarus prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir.

Qeyd olunub ki, tərəflər Belarus-Rusiya münasibətlərinin inkişafını, ölkələr arasında inteqrasiya məsələlərini, qarşıdan gələn birgə tədbirlərin qrafikini müzakirə ediblər.

Belarusun 2025-ci ildə Aİİ-yə sədrliyi çərçivəsində əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirilib.

"Cebheinfo.az"