Putin şərtini açıqladı: Sülhməramlı dövlətləri Putin seçəcək

Putin şərtini açıqladı: Sülhməramlı dövlətləri Putin seçəcək

Amerika Birləşmiş Ştatları Ukrayna ilə bağlı danışıqlarda Rusiyanın yeni şərtini açıqlayıb.

“Cebheinfo.az” xəbər verir ki, bu haqda “Bloomberg” məlumat yayıb.

“Bloomberg”ə görə, şərti Vladimir Putin irəli sürüb. O, Ukraynada sülhməramlı kontingentdə iştirak edəcək ölkələri özü şəxsən seçməkdə israrlıdır.

Xüsusilə Rusiya hakimiyyəti Çin və ya digər “neytral” dövlətlər tərəfindən sülhməramlıların göndərilməsinə etiraz etmir.

Qeyd olunur ki, Avropa sülhməramlılarının iştirakı Moskva üçün qəbuledilməzdir.

Vilayət Muxtar
“Cebheinfo.az”