Türkiyə yerli "Tayfun" raketini ikinci dəfə sınadı - VİDEO

Türkiyənin yerli istehsal "Tayfun" ballistik raketi ikinci dəfə sınaqdan keçirilib.
Cebhe.info xəbər verir ki, bu barədə "Hürriyet" qəzeti məlumat yayıb.
Raket Rizə-Artvin hava limanından buraxılıb. "Tayfun"un neçə kilometr məsafə qət etdiyi barədə məlumat verilməyib. Ballistik raketin ilk sınağı 18 oktyabr 2022-ci ildə baş tutub.
"ROKETSAN" adlı şirkət tərəfindən istehsal edilən raketlərin tezliklə silahlanmaya qəbul ediləcəyi gözlənilir.
Cebhe.info