Türkiyədə bələdiyyə sədri həbs edildi

Türkiyədə bələdiyyə sədri həbs edildi

Türkiyənin Van Böyükşəhər Bələdiyyə sədri Abdullah Zeydan məhkəmə tərəfindən azadlıqdan məhrum edilib.

DHA agentliyi xəbər verir ki, Diyarbəkir Ağır Cinayətlər Məhkəməsi onun 3 il 9 ay müddətinə həbs edilməsi barədə hökm çıxarıb.

Məhkəmə A.Zeydanı terror təşkilatına yardım etməyə təşəbbüs göstərməkdə təqsirli bilib.

Qeyd edək ki, bələdiyyə sədrinin apelyasiya şikayəti vermək hüququ var.

"Cebheinfo.az"