Zelenski: “Bəzi Alyans ölkələri Ukraynanın NATO-ya..."
"NATO-ya üzv olan bəzi ölkələr Rusiyadan qorxaraq Ukraynanın Alyansa qoşulmasını istəmir".
Cebhe.info xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib və onun sözlərindən sitat gətirərək "The Wall Street Journal" yazıb.
“Mən hesab edirəm ki, bəzi NATO ölkələri Rusiyadan o qədər qorxurlar ki, Ukraynanı Alyansa qəbul etmək istəmirlər. Əgər bizə Vilnüsdə laqeyd yanaşsalar və ya heç bir siqnal almasaq, hesab edirəm ki, Ukraynanın bu sammitdə iştirakının mənası yoxdur”, - deyə siyasətçi izah edib.
Dövlət başçısı Kiyevin belə bir siqnal alacağından xəbərsiz olduğunu da bildirib.
Xatırladaq ki, bundan əvvəl Zelenski etiraf etmişdi ki, ölkə xüsusi hərbi əməliyyat başa çatana qədər alyansa qoşulmayacaq. Eyni zamanda o, Rusiya ilə sərhəddə yerləşən dövlətləri Şimali Atlantika Alyansına və Avropa İttifaqına qoşulmağa çağırıb.
Sevinc Tapdıqqızı
Cebhe.info