Məktəblilərin 5 günlük tətili başladı

Ümumi təhsil məktəblərində məktəbəhazırlıq qrupları və ibtidai siniflərdə yaz tətilinə start verilib.
“Cebheinfo.az” xəbər verir ki, Nazirlər Kabinetinin “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti” barədə müvafiq Qərarına əsasən ümumtəhsil məktəblərində məktəbəhazırlıq qrupları və ibtidai siniflərdə yaz tətili 1-5 may tarixlərini əhatə edəcək.
Tətildən sonra ilk dərs günü mayın 6-na təsadüf edəcək.
“Cebheinfo.az”