Yerdə güclü maqnit qasırğası başlanıb

Yerdə güclü maqnit qasırğası başlanıb

Yerdə G3 səviyyəli maqnit qasırğası başlanıb.

Bu barədə Tətbiqi Geofizika İnstitutundan TASS-a bildirilib.

Yerin maqnit sahəsinin həyəcanlanma dərəcəsi G3 səviyyəsindədir, bu da beş göstəricidən ibarət şkalada “güclü” deməkdir, burada G5 “son dərəcə güclü”, G1 isə “zəif” mənasını verir.

G3 səviyyəsi o deməkdir ki, Yerdə enerji sistemlərində problemlər yarana bilər, o cümlədən qoruyucu sistemlərdə yanlış həyəcan siqnalları və yağ transformatorlarının “qaynaması”.

Həmçinin peyk və aşağı tezlikli radionaviqasiyada fasilələr, yüksək tezlikli radioəlaqədə pozuntular ehtimalı var. Orta enliklərdə qütb parıltılarını müşahidə etmək mümkün olacaq.

"Cebheinfo.az"