30 minlik oğurluq edənlər tutuldu

Bakı və Sumqayıt şəhərlərində oğurluq edən şəxslər saxlanılıb.
“Qafqazinfo” xəbər verir ki, Sabunçu və Nəsimi rayonlarında yerləşən bir mağazadan və bir evdən oğurluqlar edilməsi, nəticədə zərərçəkənlərə ümumilikdə 14 200 manat maddi ziyan vurulması barədə polisə məlumatlar daxil olub.
Keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 24 yaşlı A.Novruzov və 47 yaşlı A.Məmmədova müəyyən olunaraq saxlanılıblar.
Bundan başqa, Sumqayıt şəhərində yerləşən evlərin birindən 14 min manat dəyərində qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 35 yaşlı X.Səfərov, Xəzər rayonunda isə bir nəfərin bank kartından 1835 manatını oğurlamaqda şübhəli bilinən 37 yaşlı B.Abdullayev saxlanılıb.
Araşdırmalar aparılır.
"Cebheinfo.az"