Meksika prezidentinin elektron poçt ünvanı sındırılıb

Meksika Prezidenti Klaudiya Şeynbaum mobil telefonlarından birinin və elektron poçt ünvanının sındırıldığını təsdiqləyib.
"Cebheinfo.az" xəbər verir ki, Şeynbaum paytaxt Mexikoda keçirdiyi mətbuat konfransında “New York Times” qəzetində yer alan iddia ilə bağlı açıqlamalar verib.
Bunu təsdiqləyən Şeynbaum, "Telefonumu və elektron poçt ünvanımı sındırdılar. "Apple" dərhal Meksika Rəqəmsal Çevrilmə Agentliyinə zəng etdi və o, mənim sındırıldığımı dərhal anladı, lazımi tədbirləri gördü və dərhal vəziyyəti nəzərdən keçirdi" deyib.
Meksika polisi sözügedən kiberhücumu həyata keçirən şəxsləri axtarır.
Oğurlanmış elektron poçt ünvanında Prezidentin diplomatik yazışmaları da olub.
Hack edilmiş cib telefonunun və elektron poçt ünvanının köhnə olduğunu deyən Şeynbaum, "Bu telefon nömrəsi çox adamda var, amma şəxsi ünsiyyət üçün istifadə etmədiyim telefondur" deyib.
Prezident Şeynbaum bunu kimin etdiyini hələ bilmədiklərini, lakin araşdırdıqlarını bildirib.
Nigar Hacılı
"Cebheinfo.az"