Rusiyadakı səfirliklərlə bağlı qərar veriləcək

ABŞ və Böyük Britaniya 2024-cü ildə Avropa müttəfiqlərinə Moskvadakı diplomatik nümayəndəliklərinin heyətini azaltmağı təklif ediblər.
Bu addımın məqsədi Rusiyaya təzyiqləri artırmaq olub.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Məlumata görə, 2024-cü ilin sonunda Böyük Britaniya və ABŞ-nin hazırladığı birgə memorandum layihəsində Avropaya Moskvadakı diplomatik varlığını azaltmaq və bununla da Rusiyanı Avropadakı səfirliklərinin heyətini azaltmağa məcbur etmək təklif olunub.
Nəşr bildirir ki, bu cür addımlar Avropa ölkələri tərəfindən hələ də müzakirə olunur. Lakin Tramp administrasiyası, əvvəlki prezident Co Baydenin kabinetindən və Avropa ölkələrinin rəhbərliyindən fərqli olaraq, Rusiya ilə əlaqələri bərpa etməyə və Ukrayna münaqişəsini tezliklə həllinə üstünlük verir.
Səbinə Uğur
"Cebheinfo.az"