Nikol Paşinyan: "Azərbaycanla sülh sazişini imzalamağa hazıram"

Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin razılaşdırıldığını və imzalanmasını gözlədiyini açıqlayıb.
"Cebheinfo.az" Musavat.com-a istinadən xəbər verir ki, o, bu barədə o, sosial şəbəkədə yazıb.
“Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin layihəsi razılaşdırılıb və imzalanma mərhələsindədir. Mən bu sənədə imza atmağa hazıram”, – deyə Paşinyan vurğulayıb.
Qeyd edək ki, Ermənistanla Azərbaycan arasında razılaşdırılan sülh müqaviləsi layihəsi 17 maddədən ibarətdir.
"Cebheinfo.az"