Kənan Yıldız "Liverpul"un hədəfində

Kənan Yıldız "Liverpul"un hədəfində

"Liverpul" mövsümün sonunda müqaviləsi başa çatacaq Məhəmməd Salahın boşluğunu "Yuventus"da çıxış edən türk futbolçu Kənan Yıldızla doldurmağı hədəfləyib. 

“Cebheinfo.az” xəbər verir ki, İngiltərə nəhəngi Kənan üçün 80 milyon avroluq təklif hazırlayır.

Əgər 19 yaşlı futbolçu bu qonorarla transfer olunarsa, o, ən çox transfer haqqı ödənilən türkiyəli futbolçu və "Liverpul" tarixinin ən bahalı üçüncü transferi olacaq. 

Qeyd edək ki, bu mövsüm "Yuventus" forması ilə bütün turnirlərdə 41 matça çıxan Kenan Yıldız 6 qol vurub və 4 məhsuldar ötürmə edib. Hazırda bazar dəyəri 45 milyon avro olan futbolçunun İtaliya klubu ilə 2029-cu ilə qədər müqaviləsi mövcuddur.

Əfsanə Rəcəb
“Cebheinfo.az”