Bryus Uillisin qızı ağır xəstə olan atasının vəziyyətindən danışıb

Aktyorlar Demi Mur və Bryus Uillisin qızı Rumer ağır xəstə olan atasının vəziyyətindən danışıb.
Bu barədə o özünün "Instagram" hesabında məlumat verib.
Rumer Uillis izləyicilərindən onları maraqlandıran sualları vermələrini xahiş edib. Bir pərəstişkarı Bryus Uillisin demensiya ilə mübarizə apararkən özünü necə hiss etdiyi ilə maraqlanıb. Aktyorun qızı suala görə təşəkkür edib və atasının vəziyyətinin yaxşı olduğunu bildirib.
"O əladır, soruşduğunuz üçün təşəkkür edirəm. Əslində, onun sabah 70 yaşı tamam olur, ona görə də xahiş edirəm, atamı ad günü münasibəti ilə təbrik edin", - deyə Rumer bildirib.
Xatırladaq ki, Demi Murun Bryus Uillisdən üç övladı var - qızları Rumer, Scaut və Tallula. Cütlük 2000-ci ildə ayrılıb, lakin onlar hələ də birlikdə çox vaxt keçirirlər - Mur Bryus Uillisin yeni həyat yoldaşına təxminən 2022-ci ilin yazından sağalmaz xəstəlikdən əziyyət çəkən ərinə qulluq etməkdə kömək edir.(Oxu.az)
"Cebheinfo.az"