HƏMAS İsraillə danışıqlardan imtina edib?

HƏMAS İsraillə danışıqlardan imtina edib?

Fələstinin radikal HƏMAS hərəkatı Qəzza zolağında nizamlama ilə bağlı İsraillə danışıqlardan imtina etmədiyini, lakin mövcud razılaşmanın yerinə yetirilməsində israr etdiyini bəyan edib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə HƏMAS-ın siyasi bürosunun sözçüsü Tahir ən-Nunu "Agence France-Presse" agentliyinə açıqlama verib.

"HƏMAS danışıqlardan imtina etməyib, lakin biz yeni razılaşmala ehtiyac olmadığını bildiririk. Artıq bütün münaqişə tərəfləri tərəfindən imzalanmış mövcud bir saziş var", - deyə təşkilatın nümayəndəsi vurğulayıb.

Sözçü beynəlxalq ictimaiyyəti münaqişəni dayandırmaq üçün təcili tədbirlər görməyə və İsrailə təzyiq göstərməyə çağırıb ki, Binyamin Netanyahu dərhal bombardmanları dayandırsın və danışıqların ikinci mərhələsinə başlasın.

Qeyd edək ki, martın 18-də İsrail ordusu Qəzzada HƏMAS-a aid obyektlərə kütləvi zərbələr endirdiyini bildirib. 

Baş nazir Binyamin Netanyahunun ofisi bunu vasitəçilər və ABŞ prezidenti Co Baydenin xüsusi nümayəndəsi Stiven Uitkoff tərəfindən irəli sürülən təkliflərin HƏMAS tərəfindən rədd edilməsi ilə izah edib.

Radikallar döyüşlərin yenidən başlanmasına görə məsuliyyəti İsrailin və ABŞ-nin üzərinə qoyub.

HƏMAS bəyan edib ki, hərəkət son ana qədər atəşkəs razılaşmasına əməl edib. Sülh prosesinin pozulmasından sonra Yəmənin "Ənsar Allah" hərəkatı İsraillə əlaqəli gəmilərə Qırmızı dənizdə yenidən hücumlar təşkil edəcəyini açıqlayıb.

Səbinə Uğur
"Cebheinfo.az"