Bakıda partlayış oldu: Güclü yanğın başladı - YENİLƏNİB

Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsində yerləşən mebel sexində yanğın başlayıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.
****
7-ci mikrorayon ərazisində güclü partlayış baş verib.
"Cebhe.info" Axar.az-a istinadən xəbər verir ki, hadisə bir neçə dəqiqə öncə olub.
Partlayışın ardınca ərazidən qatı tüstü qalxıb.
Xəbər yenilənəcək...
"Cebhe.info"