Azərbaycanlılar Gürcüstandan ÇIXARILDI
Son günlərdə Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları 98 əcnəbini deportasiya ediblər.
“Cebheinfo.az”-ın Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, Azərbaycan, Banqladeş, Vyetnam, Almaniya, Misir, İordaniya, Hindistan, İraq, Keniya, Çin, Konqo, Nigeriya, Pakistan, Rusiya, Türkmənistan, Türkiyə və Özbəkistan vətəndaşları Gürcüstandan deportasiya ediliblər.
Bu şəxslərin ölkəyə girişi qadağan edilib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, ilin əvvəlindən bəri Gürcüstandan 544 miqrant deportasiya edilib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 4,5 dəfə çoxdur.
Xəzər
“Cebheinfo.az”

