Şamaxı rayonunda avtomobil ağaca çırpılıb

Şamaxı rayonunda avtomobil ağaca çırpılıb

Şamaxı rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, aprelin 19-da saat 22 radələrində Şamaxı rayonunun Çarhan kəndi ərazisində “Niva” markalı avtomobilin sürücüsü 1989-cu il təvəllüdlü Orxan İsayevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolun kənarındakı ağaca çırpılıb.

Nəticədə sürücü xəstəxanaya aparılarkən yolda ölüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

"Cebheinfo.az"