Sumqayıtda gəlinlər bir-birini bıçaqladılar - YENİLƏNİB

1995-ci il təvəllüdlü şəxs (qadın cinsli) 05.11.2024-cü il tarixində saat 16:30 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Döş qəfəsinin sağ yarısının ön səthinin süd vəzi payının boşluğa keçməyən və sağ qoltuqaltı nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Cərrahiyyə şöbəsinə yerləşdirilən şəxs əməliyyat olunaraq zəruri tibbi yardım göstərilib. Vəziyyəti əməliyyata uyğun stabildir.
Qeyd edək ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Ruhanə Quluzadə saxlanılıb.
***
07:53
Sumqayıtda 29 yaşlı qadın eltisi tərəfindən bıçaqlanıb.
Modern.az xəbər verir ki, 1995-ci il təvəllüdü Ülviyyə Faiq qızı Quluyevaya yaşadığı evdə yaranmış mübahisə zamanı qaynının həyat yoldaşı 1998-ci il təvəllüdlü Ruhanə Mübariz qızı Quluzadə tərəfindən xəsarət yetirilib.
Yaralı dərhal xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"