"Range Rover"lə təhlükəli manevrlər edən sürücü saxlanıldı - VİDEO

Bir neçə gün öncə yenidən açılan Saray körpüsündə əks hərəkət istiqamətinə çıxaraq yol hərəkəti qaydalarını kobudcasına pozan sürücü məsuliyyətə cəlb edilib.
DİN-in Mətbuat xidmətindən bildirilib ki, Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən körpüdə əks yola çıxaraq yüksək sürətlə hərəkət edən 10-ZY-100 dövlət qeydiyyat nişanlı “Range Rover” markalı avtomobil saxlanılıb.
“Sürücü Z.İbrahimov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Avtomobili isə duracağa yerləşdirilib. Araşdırma aparılır”, - açıqlamada vurğulanıb.
Həmin görüntüləri təqdim edirik:
"Cebheinfo.az"