Zaqatala xəstəxanasında daha bir uşaq öldü - Son günlərdə 4-cüdür

Zaqatala xəstəxanasında daha bir uşaq öldü - Son günlərdə 4-cüdür

Zaqatala xəstəxanasında daha bir uşaq ölümü qeydə alınıb.

“Qafqazinfo”nun məlumatına görə, bu gün rayonun Cobankol kənd sakini, 2022-ci il təvəllüdlü Bəxtiyar Maarif oğlu Əliyev Zaqatala xəstəxanasında dünyasını dəyişib.

Hazırda rayon hüquq-mühafizə orqanları ölüm faktı ilə baglı araşdırma aparır.

Qeyd edək ki, son iki həftə ərzində Zaqatala Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində də üç yeni doğulan körpə ölümü qeydə alınıb.

"Cebheinfo.az"