Bu futboçlçu inanılmaz başlanğıc etdi

Bu futboçlçu inanılmaz başlanğıc etdi

Mərakeşli hücumçu Youssef En-Nesyri 2025-ci ilə inanılmaz bir başlanğıc edib. 

“Cebheinfo.az” xəbər verir ki, yeni ildə 9 qol vuran En-Nesyri Avropanın 10 böyük liqasında ən çox qol vuran futbolçu olub. 

Mərakeşli ulduz yeni ildə liqada keçirdiyi 7 matçdan 6-da forma geyinib. 27 yaşlı futbolçu keçirdiyi 5 matçın 5-də qol vurub, ümumilikdə 9 dəfə qol sevinci yaşayıb. En-Nesyri Adana Demir, Göztepe və Kasımpaşa matçlarında hərəyə 2 qol vurub.

Qeyd edək ki, Premyer Liqa kralı yarışının zirvəsində olan "Liverpul"un futbolçusu Salah ilin əvvəlindən 6 qol vurub.

21 qolla Bundesliqanın bombardiri olan "Bavariya"nın hücumçusu Haryr Keyn bu il 7 dəfə toru silkələyib.

İtaliyanın bombardiri “Atalanta”nın futbolçusu Mateo Reteqi 8 qola imza atıb. İspaniyada “Barselona”nın futbolçusu Levandovski 3, “Real”ın futbolçusu Mbappe isə 7 dəfə fərqlənib. 

Fransa Liqasında PSJ-nin futbolçusu Dembele 2025-ci ildə 8 qolu var.

Əfsanə Rəcəb
“Cebheinfo.az”