Maradonanın oğlu: "Atamı öldürüblər"

Dieqo Maradonanın oğlu Dieqo Armandо Maradona Sinаqrа atasının ölümünə dair məhkəmə prosesini şərh edib.
Yenisabah.az Marca-ya istinadla xəbər verir ki, o, atasının həkimlərin məsuliyyətsizliyi ucbatından vəfat etdiyini bildirib:
"Mənə ən böyük ağrını verən atamın öldürülməsidir. Onu xilas etmək üçün heç nə etməyiblər. Əgər atamı düzgün müalicə etsəydilər, indi burada otura bilərdi".
Maradonanın ölümünə baiskar kimi hazırda 7 həkim mühakimə olunur. Onları 25 ilədək həbs cəzası gözləyir.
Xatırladaq ki, Maradona 2020-ci il noyabrın 25-də ürək çatışmazlığından dünyasını dəyişib.
"Cebheinfo.az"