Zidan yenidən baş məşqçiliyə qayıdır

Zidan yenidən baş məşqçiliyə qayıdır

"Real"ın sabiq məşqçisi Zinəddin Zidan "Bavariya"nı çalışdıra bilər.

"Cebhe.info" xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb. Bildirilir ki, fransalı mütəxəssis baş məşqçiliyə verdiyi fasiləni bitirmək qərarına gəlib.

Bununla da onun "Bavariya" klubuna keçid ehtimalı yüksəlib.

Onunla növbəti mövsümdən müqavilə imzalanacağı gözlənilir.

Xatırladaq ki, “Bavariya”nın indiki baş məşqçisi Tomas Tuxel mövsümün sonunda klubla yollarını ayıracaq.

Naibə
"Cebhe.info"