Azərbaycanda 10 sığorta agentinin lisenziyası ləğv olunub

Azərbaycanda 10 sığorta agentinin lisenziyası ləğv olunub

Azərbaycan Mərkəzi Bankı 2 hüquqi şəxsə və 8 fiziki şəxsə sığorta agenti fəaliyyətinə verdiyi lisenziyaların qüvvəsini ləğv edib.

Bu barədə tənzimləyici qurumdan bildirilib.

Məlumata görə, bu qərar noyabrın 20-də “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq müvafiq hesabat təqdim edilmədiyi üçün qəbul edilib.

"Cebheinfo.az"