Azərbaycanda ən çox pul xərcləyən turistlər - SİYAHI

Bu ilin yanvar ayında Azərbaycana səfər etmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 172 min 614 nəfər təşkil edib.
"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, Azərbaycana səfər edənlərin 65.6%-i ( 113 216 nəfər) turizm, 34.4%-isə (59 358 nəfər) digər məqsədlərlə gəlib.
Cari ilin yanvar ayında turizm məqsədilə Azərbaycana səfər edənlər ümumilikdə 205 milyon 613.4 min manat xərcləyiblər.
Qeyd edək ki, hesabat dövründə ən çox pul xərcləyən turistlər Rusiya, Hindistan, Türkiyə, Birləşməmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Pakistan və Küveyt vətəndaşları olublar.
Belə ki, Rusiya vətəndaşları 48.2 milyon manat, Hindistan vətəndaşları 34.4 milyon manat, Türkiyə vətəndaşları 23.3 milyon manat, Səudiyyə Ərəbistanı vətəndaşları 12.1 milyon manat, BƏƏ vətəndaşları 11.4 milyon manat, Pakistan vətəndaşları 9 milyon manat, Küveyt vətəndaşları isə 7.8 milyon manat xərcləyiblər.
"Cebheinfo.az"