Banklar daha dollar almır

Banklar daha dollar almır

26 yanvar 2023-cü il tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilmişdir.

Hərracda banklar tərəfindən sifariş təqdim edilməmişdir.

24 yanvar 2023-cü il tarixində Mərkəzi Bankda növbəti valyuta hərracında da banklar tərəfindən sifariş təqdim edilməmişdi.

19 yanvar 2023-cü il tarixində keçirilmiş valyuta hərracında bankların sifarişləri 1,5 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdi.

Ehtimal olunur ki, Rusiyadan Azərbaycana pul köçürmələri və əhalinin satışları artdığından banklar əhalidən kifayət qədər məbləğdə xarici valyuta aldıqları üçün hərracda valyuta sifariş etməyə maraq göstərmirlər. Ötən il Mərkəzi Bank əksər hərraclarda təklifin tələbi üstələdiyini, eyni zamanda, bankların nağd valyuta alışının satışı üstələdiyini bildirmişdi.

2022-ci ilin əvvəlindən bu yana keçirilmiş 7 valyuta hərracında banklara cəmi 159,1 milyon dollar satılıb. Valyuta hərracında yalnız banklar valyuta ala bilirlər.

Cebhe.info