Lirə bu gün də ucuzlaşdı

Lirə bu gün də ucuzlaşdı

Türkiyə valyuta birjalarında dollar və avro bu gün də lirə ilə müqayisədə bahalaşıb.

“Cebhe.info” xəbər verir ki, dollar 0.25 faiz bahalaşaraq 32.53 lirəyə yüksəlib. 

Avronun məzənnəsində isə 0.19 faiz artım qeydə alınıb. 

Hazırda 1 avro 34.61 lirə səviyyəsində qərarlaşıb.

Qeyd edək ki, bu məzənnələr yalnız birjalarda keçərlidir.

Vilayət Muxtar
“Cebhe.info”