Türkiyə ehtiyatlarını artırır

Türkiyə ehtiyatlarını artırır

Türkiyə həm qlobal iqlim böhranı, həm də davam edən Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar yay aylarında baş verə biləcək ərzaq böhranlarının qarşısını almaq üçün ehtiyatlarını artırmağa qərar verib.

"Cebhe.info" xəbər verir ki, bu çərçivədə Torpaq Məhsulları İdarəsi (TMO) gözlənilməz vəziyyətlər üçün ildə ən azı 1,5 milyon ton buğda, 250 min ton arpa, 150 min ton qarğıdalı və 50 min ton çəltik ehtiyatı saxlayacaq. Qurum qida ehtiyatı işləri üçün 5 milyard TL xərcləyəcək. Qlobal iqlim dəyişikliyi və iki qlobal taxıl anbarı olan Rusiya və Ukraynada davam edən müharibənin qidaya mümkün təsirlərini minimuma endirməyi hədəfləyən Türkiyə anbar sayını da artırmağa qərar verib.

Kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı TMO-nun gələcək 4 illik işini tərtib edən strateji planın ön sözündə yeni dövrü 4 əsas hədəf üzərində quracaqlarını bildirib: 

"Davamlılıq, səmərəlilik, qeydiyyat və keyfiyyət". Nazir qeyd edib ki, Avropanın ən böyük kənd təsərrüfatı gəlirinə sahib ölkə olan Türkiyənin kənd təsərrüfatı istehsalında dünyanın parlayan ulduzu olması üçün bütün gücümüzlə çalışacaq:"Bugünkü dünyanın yeni istehsal normalarını zəhmətkeş türk fermerləri ilə birlikdə yazacağıq, Türkiyə əsrini istehsal və istehsalçı əsri edəcək". Bu gün özünü qida ilə təmin edən Türkiyənin dünyanın 30-dan çox məhsul istehsal edən ilk 5 ölkəsi arasında yer aldığını bildirən Yumaklı digər tərəfdən 1982 müxtəlif kənd təsərrüfatı məhsulunu 205-ə qədər ölkəyə ixrac etmək mövqeyinə yüksəldiyini qeyd edib. Yumaklı "Türkiyə həm ixrac potensialı, həm innovasiya çalışmaları, həm də yerli və beynəlxalq təşəbbüslərlə kənd təsərrüfatında qlobal mövqeyini gücləndirən TMO-da səlahiyyətləri daxilində olan məhsullar üzərində işlərini uğurla davam etdirir",- deyib.

TMO baş direktoru Ahmet Güldal daha əvvəl əsas qida məhsulları üçün başlatdıqları un və yem tənzimləmə işlərindən müsbət nəticələr əldə edərək bu məhsullarda bazar sabitliyinə nail olduqlarını deyib:

"2022-ci ilin fevral ayında başlayan Rusiya-Ukrayna müharibəsi zamanı  bütün ölkələr bu prosesdə ehtiyat məhsullarına əl atdı.

Biz bütün tədbirləri gördük və ərzaq təminatı və təhlükəsizlik baxımından heç bir problem yaşanmadı. Ölkəmiz taxıl dəhlizinin yaradılmasında vasitəçi rolunu üzərinə götürərək prosesdə fəal rol oynadı".

Nigar
"Cebhe.info"