Məşhur aktyor pendir markasının siması oldu - FOTO

Türkiyədə "Erkenci Kuş" serialı ilə sevilən məşhur aktyor Can Yaman Misirdə bir pendir markasının siması olub.
“Cebheinfo.az” xəbər verir ki, bir pendir markasının reklamında kamera qarşısına keçən Yamanın görüntüləri sosial mediada böyük maraqla qarşılanıb.
“TV8”-də yayımlanan "Gel Konuşalım" proqramının iddiasına görə, aktyorun pendir reklamı sonrası markanın məhsulları satış rekorları qırıb.
Qeyd edək ki, həm yerli, həm də xarici izləyicisi çox olan Yaman, bir neçə il əvvəl aldığı bir qərarla karyerasını İtaliyada davam etdirməyə qərar verib.
Geniş pərəstişkar kütləsi olan aktyor sosial medianın ona faydadan çox zərər verdiyini və işlərinə fokuslanmasını çətinləşdirdiyini düşünərək keçən il 11 milyon izləyicisi olan “Instagram” hesabını bağlamışdı.
Daha sonra sürpriz bir qərarla bu ilin əvvəlində “Instagram”a yenidən qayıdıb. Belə ki, Yaman qısa müddət ərzində 200 minə yaxın izləyici toplayıb.
Əfsanə Rəcəb
“Cebheinfo.az”