Xalq artisti Üzeyiri tanımır: "Hərənin bir zövqü var"

Xalq artisti Üzeyiri tanımır: "Hərənin bir zövqü var"

Üzeyir Mehdizadə Xalq artisti Niyaməddin Musayevin “Axtarma məni” mahnısını ifa etdiyi üçün tənqid olunur.

"Cebheinfo.az" pravda.az-a istinadən xəbər verir ki, Mehdizadənin ifasını çoxları bəyənməyib.

“Axtarma məni”nin ilk ifaçısı bununla bağlı deyib: "İnsanlar müxtəlifdir, hərənin bir zövqü var. Mahnımı oxuyubsa, sağ olsun ki, repertuarıma müraciət edib. Cavan ifaçılara baxıram. Eləsi var, tanıyıram, eləsi var, görməmişəm, əlaqəm yoxdur. Buna görə Üzeyir Mehdizadənin ifa tərzi barədə də fikir bildirə bilmirəm”.

"Cebheinfo.az"