Bakıda “Unudulmuş arzular” filmi nümayiş etdiriləcək

Bakıda “Unudulmuş arzular” filmi nümayiş etdiriləcək

Azərbaycan Kinematoqrafçılar İttifaqı yenidən film nümayişlərinə start verib.

Cebhe.info xəbər verir ki, ilk nümayiş yanvarın 31-də “Azərbaycan” kinoteatrında olacaq.

Rejissor Aynur Kazımovanın “Unudulmuş arzular”, Pərviz Həsənovun “Uşaqlıq fotosu”, Elvin Aşirovun “Eviniz haradadır” sənədli filmləri nümayiş olunacaq.

Filmlərə baxışdan sonra tamaşaçılar ilə yaradıcı heyət arasında filmlərin müzakirəsi olacaq.

İttifaqın məlumatına görə, bu il Azərbaycan kinosunun 125 illiyi, “Azərbaycanfilm” kinostudiyasının 100 illiyi səbəbilə klassik milli filmlərin nümayiş proqramı da planlanır:

“Keçən il reallaşdırdığımız “Dünya şedevrləri Azərbaycan dilində” proqramı bu il də reallaşacaq. Proqramda Aleksey German, Nikita Mixalkov, Tengiz Abuladze kimi dünyaşöhrətli rejissorların filmləri var. Ənənəyə sadiq qalaraq 2023-cü ildə də “Visla” Polşa Film Festivalı ilə əməkdaşlıq nəzərdə tutulub”.

Azərbaycan Kinematoqrafçılar İttifaqı katibliyindən bildiriblər ki, mütəmadi nümayişlər milli filmlərin təbliği və zövqlü tamaşaçı ordusunun formalaşması İttifaqın prioritet məqsədlərindəndir.

Günay Şahmar
Cebhe.info