Müğənni Alla Puqaçova Moskvada dəfn olunacaq

Rusiya Federasiyasının məşhur müğənnisi Alla Puqaçova Moskvada dəfn olunmasını istəyib.
Cebhe.info xəbər verir ki, o, Moskvada Kuzminskoye qəbiristanlığında qəbir üçün torpaq sahəsi alıb.
Hazırda İsraildə yaşayan müğənni özü bu haqda açıqlama verib.
Xatırladaq ki, bir neçə məşhur sima özlərinə məzar üçün öncədən torpaq sahəsi alıblar.
Müğənni Şura da qəbiristanlıqdan yer alan məşhurlardandır. O, hətta özünə iki qapılı tabut da sifariş verib.
Məşhur ifaçı İosif Kobzon hələ sağ olarkən Vostryakovski qəbiristanlığında özünə məzar yeri alıb.
Günay Şahmar
Cebhe.info